Saytımıza xoş gəlmisiniz

“Silahlı Qüvvələrə Yardım Fonduna 98 milyon manat vəsait daxil olub” – Baş nazir

Oxunma sayı: 74

aae9afe48f126276e4b54f13557a5bfc

Milli Məclisdə hesabat məruzəsi ilə çıxış edən baş nazir Novruz Məmmədov bildirdi ki, 2018-ci ildə Dünya Bankı (DB) Qrupunun açıqladığı “Doing Business-2019” hesabatında Azərbaycan 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Bununla da Azərbaycan ötən illə müqayisədə 32 pillə irəliləyib, MDB dövlətləri arasında isə lider olub.

Baş nazir Bakı şəhərində keçirilən iki möhtəşəm paradda nümayiş etdirilən silahlar və hərbi texnikalardan da bəhs etdi, ordumuzun inkişafından danışdı. O, əlavə etdi ki, Azərbaycan ordusunun Naxçıvan Muxtar Respublikası istiqamətindən həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində düşmənin nəzarətində olan strateji ərazi azad edilib.

Baş nazir qeyd etdi ki, ötən il Silahlı Qüvvələrə Yardım Fonduna əhalinin müxtəlif təbəqələri tərəfindən 8,4 milyon manat məbləğində ianələr daxil olub və orada toplanan vəsaitin ümumi məbləği 98 milyon manata çatıb.

E.Paşasoy,

Musavat.com

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*