Saytımıza xoş gəlmisiniz

Siyavuş Novruzov: Ekstremizmin qarşısını almaq üçün hər bir ölkə öz təcrübəsini bölüşməli, təbliğat aparılmalıdır

Oxunma sayı: 38

siyavush_novruzov_011018

Ekstremizmin qarşısını almaq üçün hər bir ölkə öz təcrübəsini bölüşməli, təbliğat aparılmalıdır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzov “Dinlərarası dialoq və radikalizmlə mübarizə” mövzusunda keçirilən II Beynəlxalq konfransda çıxışı zamanı deyib.

S.Novruzov bildirib ki, dini radikalizmin yaranmasının səbəbləri araşdırmalıdır: “Bu olmasa, nəticə əldə etmək çətin olacaq. Əgər bir ölkənin qanunvericiliyində dini dözümlülük, dini etiqad azadlığının qorunması məsələləri öz əksini tapmayıbsa, həmin ölkədə dini radikalizm meyilləri olacaq. Azərbaycanın ən əsas qanununda dini etiqad azadlığının qorunması ilə bağlı müddəalar öz əksini tapıb. Milli Məclisdə dini ekstremizmin aradan qaldırılması ilə bağlı qanun qəbul olunub. Bu qanunda radikalizmə qarşı mübarizə önəmli yer tutur”.

Deputat qeyd edib ki, dini dözümlülük, dini etiqada hörmət göstərmək vacibdir: “Bunun əksi dini radikalizmə gətirən əsas səbəblərdən biridir. Din xadimləri bu məsələdə aparıcı rol oynamalıdır. Onlar təbliğat apararaq insanları qardaşlığa, bərabərliyə çağırmalıdır, qarşıdurmaya ayrı-seçkiliyə yox”.

O vurğulayıb ki, hər hansı terror qruplaşmasını dinlə əlaqələndirmək olmaz: “Dünyada 60-dan çox müxtəlif terror qrupu var. Onların əksəriyyətinin adı da məlumdur və heç biri dinlə əlaqəli deyil. Qıcıq doğurmaq üçün onların adları hansısa dinlə əlaqələndirilir”.

S.Novruzov əlavə edib ki, dünyada ekstremizmin qarşısını almaq üçün hər bir ölkə öz təcrübəsini bölüşməlidir, təbliğat aparılmalıdır: “İctimai qınaq, ictimai tövsiyələrin verilməsi, qarşılıqlı dialoq olmalıdır. Törədilən terror hadisələrinə nəzər salsaq görərik ki, bu hadisələr din pərdəsi altında həyata keçirilir. Biz elə addımlar atmalıyıq ki, fəaliyyətimizi izləyən insanlar digər dinlərə hörmətlə yanaşsınlar”.

Millət vəkili bildirib ki, Azərbaycanın 20 faiz ərazisi işğal olunub, bu ərazilərdə tarixi abidələrə, dini abidələrə qarşı böyük vandalizm aktları həyata keçirilib. Ermənistanın din xadimləri bunu qızışdırır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*