Saytımıza xoş gəlmisiniz

Şofer: “Ümid edirəm ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü prezidentlərin görüşü üçün zəmin yaradacaq”

Oxunma sayı: 402

9-1

“Ümid edirəm ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü prezidentlərin görüşü üçün zəmin yaradacaq”.

APA-nın məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şofer “aysor.am” saytına müsahibəsində deyib.

O, bu həftənin sonunda rusiyalı və fransalı həmkarları, habelə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşü səbirsizliklə gözlədiyini bildirib: “ABŞ həmsədr ölkə kimi tərəflərlə aktiv işi davam etdirəcək. Minsk qrupu həmsədrliyi formatında əsas siyasət ondan ibarətdir ki, ədalətli nizamlanma Helsinki Yekun Aktı, güc tətbiq etməmə prinsipi, ərazi bütövlüyü, bərabərhüquqluluq və xalqların müqəddəratını təyin etmə prinsiplərini özündə birləşdirən beynəlxalq hüquqa əsaslanmalıdır. Lakin şübhəsiz ki, sülhə görə məsuliyyət ilk növbədə Azərbaycan və Ermənistan prezidentlərinin üzərinə düşür”.

Karabakh.tv

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*