Saytımıza xoş gəlmisiniz

“Sülh çəlləyi” nə zaman açılacaq..?

Oxunma sayı: 214

60806029_1130755943774288_6651764487248412672_n

Gördüyünüz bu fotodakı ərazi “Ararat” konyak zavodunun ərazisidir və Ermənistanda yeganə məkandır ki, orada Azərbaycan bayrağı asılıb. Bu bayraqlar, ATƏT – nın Minsk qrupunun həmsədrləri olan ölkələrin, Rusiya, ABŞ, Fransa, Azərbaycan və Ermənistan, hətta seperatçı rejim kimi tanınan üzdəniraq tanınmamış “NKR” – nın bayraqlarıdır.

1994-cü ilin may ayının 12-də atəşkəs haqqında müqavilə imzalanarkən, bu “sülh cəlləyi” konyakla doldurulub və qərara alınıb ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanan il, bu çəllək açılacaq və həmsədr ölkələrin nümayəndələri bu konyakdan içib hər iki xalqı təbrik edəcəklər. Və orada da, qeyd olunub ki, bu konyak çəlləkdə nə qədər çox qalarsa keyfiyyəti də, bir o qədər yaxşı olar.

Artıq 25 il tamam olub. Və bu çəlləyin nə zaman açılacağı hələ də naməlum olaraq qalır…

Karabakh.tv

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*