Saytımıza xoş gəlmisiniz

Şuşadakı erməni tələbələr işğalçı əsgərlər üçün Yeni il konserti verdi- FOTOLAR

Oxunma sayı: 160

208635

Azərbaycan telekanalları isə  gənclərimizi Şuşa uğrunda deyil, maşın uduşu uğrunda mübarizəyə həvəsləndirir…

Azərbaycanın  27-ci ildir ki, erməni əsarətində qalan Şuşa şəhərində separatçı rejimin yaratdığı və faktiki fəaliyyət göstərən “texnoloji universitet”in tələbələri qanunsuz, işğalçı  hərbi hissələrdən birinə baş çəkib.

Moderator.az xəbər verir ki, bu haqda  Xankəndindəki erməni nəşrləri məlumat yayıb. Erməni tələbələr Azərbaycan torpaqlarını tapdayan işğalçı əsgərlərlə görüş keçirib onlara hədiyyələr paylayıb və onlar üçün Yeni il konserti  təşkil ediblər.

Şuşadakı erməni tələbələrin digər bir qrupu isə  bu günlərdə işğal altındakı Laçın rayon mərkəzində  yerləşən internat məktəbi ziyarət eidblər.

P.S. Bizim telekanallar isə gənclərimizi Şuşa, Qarabağ uğrunda deyil, maşın, lotereya, xaricə səyahət və s. uduşu uğrunda mübarizəyə həvəsləndirir…

Sultan Laçın

208634

208632

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*