Saytımıza xoş gəlmisiniz

Şuşanın erməni başçısı Azərbaycanda daha bir xristian ibadətgahı açdırdı… – FOTO+VİDEO

Oxunma sayı: 70

194093

Azərbaycanın 27-ci ildir ki, işğal altında qalan Şuşa rayonunun Qaladərəsi kəndində  guya 1991-ci ildə azərbaycanlılar tərəfindən dağıdıldığı iddia edilən  sovməə(kiçik kilsə) bərpa edilib. Moderator.az yazır ki, bu haqda Xankəndindəi separatçı rejimə mənsub nəşrlər xəbər yayıb.

Xristian ibadətgahının bərpası “Mets Şen” adlandırılmış Qaladərəsi kəndinin sakini, hazırda Rusiyada yaşayan xeyriyyəçi Ovik Unanyanın və atası Qarnik Unanyanın şəxsi maliyyəsi və iştirakı hesabına həyata keçirilib.

“Müqəddəs Ripsime” adalnan sovməənin açılış məraisimini Şuşa rayonunun ərazi baxımından faktiki başçısı Vladimir Kasyan və Qarabağın keşişi Parqev Martirosyan  təşkil edib.

Xatırladaq ki, 1988-1991-ci illərdə Qaladərəsi kəndi yerli və Ermənistandan gələn terrorçuların bazası rolunu oynayıb.  Şuşa və Laçın rayonunun qonşu kəndləri, eləcə də Laçın-Şuşa yolu  həmin kənd vasitəsi ilə daim təhdid altında saxlanılıb, onlarla vətəndaşımız qətlə yetirilib, yaralanıb və girov götürülüb.

Sultan Laçın

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*