Saytımıza xoş gəlmisiniz

Tampliyerlər, “sirr bəkçi”ləri və bektaşilərin qoruduğu “Əshabi-kəhf”

Oxunma sayı: 191

img_8800-1_1528829238

Bir ildən çoxdur bu barədə məlumat toplayıram. Əlimdə olan bəzi məlumatlardan qısa olaraq bir yazı hazırladım. Azərbaycanın ən qədim torpaqlarından biri Naxçıvan yaşı min illərlə ölçülən yüzlərlə dini kompleks, abidə, pir, ocaq və ziyarətgah var. Bu ziyarətgahların içərisində “Əshabi-kəhf” özünəməxsusluğu, mistik aurası və görkəmi ilə seçilir. Bu ziyarətgah hal-hazırda nəinki Naxçıvanda və Azərbaycanın əksər bölgələrində, hətta dünyada da müqəddəs ziyarətgah kimi tanınır. “Əshabi-Kəhf”dən dünyanın 4 ölkəsində var. İordaniya, Türkiyə, Hindistan və Azərbaycanda. Uzun zamandır ezzotriklər, qədim əlyazma axtaranlar, böyük dövlətlərin məxfi orqanları bu dörd ölkədən üçündə ciddi-cəhdlə mağaranı axtarmaqla məşğuldular. Lakin bu günə qədər onlar axtardıqlarını əldə edə bilməyiblər. Çünki onların düşündükləri mağaranın əsli Naxçıvanda yerləşir. Bura isə X-ci əsrdən bəri missioner adı altında məxfi qurumların üzvləri gəlməyə başlayıb. Bu barədə tanınmış islam alimi Fahreddin Razi “Mefatih’ul Gayb” adlı əsərində yazır ki, “Doğrusu, “Əshabi-Kəhf”in nə zamanını, nə yerini ağıla gətirə bilməyə imkan yoxdur, lakin şühbə yoxdur ki, bu mağara Naxçıvan ərazisindədir”.

Orta əsrlərdə Avropada fransızların məhşur “Qrand” Ensiklopediyasında “Sert Dormans” (Yeddi yatmışlar) adı ilə bu hadisənin tarixiliyi, baş verdiyi ərazi barədə məlumat vardır. Müəllif də qədim kitablarda yazılanları təhlil edərək ərazinin məhz Azərbaycan ərazisində olma ehtimalını qeyd edir. Əbu Həyyan, Əbdürrəşid Əl-Bakuvi və digər müəlliflər də qədim mağaranın Naxçıvan ərazisində olduğunu yazırlar. Kərim İsmayılzadənin 1921-ci ildə “Maarif” jurnalında çap olunan “Ölən şəhər” adlı əsəri dünyanın bir sıra ölkələrində gəzib dolaşan “Əshabi-kəhf” haqqındadır.

Mənbələrə inansaq “Əshabi-Kəhf”in içərisində İsa Peyğəmbərin yaxın əshabəsi tərəfindən yazılan İncil kitabı, İsa peyğəmbərə aid bir neçə əşya, qədim əlyazmalar, İsa peyğəmbərə aid su dolçası, onun əsası, ölüb-dirildikdən sonra əynində olan paltar və dünya tarixini dəyişə biləcək kitablar var. Bu barədə İslam dini yayılandan sonra rəvayətlər artmağa başladı. Hikmət Tanyu adlı tədqiqatçı iddia edir ki, Həzrət Əli “Qurani-Kərimdə” mağara ilə bağlı ayə yazılandan sonra 7 nəfər inandığı şəxsə müqəddəs kitabın “Əl-Kəhf” surəsinin 9, 10, 11, 12, 17 və 18-ci ayələri həkk edilmiş mərmər lövhə “kitabə, təbii aşınma”-nı onlarla mağarada saxlanması üçün göndərir. Eyni zamanda Quranın ilk əlyzamaları, Peyğəmbərə aid bir neçə əşya və əlyazmaları da onlarla birgə göndərilir. Burda “Əshabi-Kəhf”in başına gələnlərin yazılıb mağarada qoyulduğu mis lövhədə də var. Bir müddət bu mağaranın sirrin saxlamaq Naxçıvan ölkəsinin hakimi Şükürulla xan kimi qeyd olunan şəxs və onun ailəsinə həvalə edilir. Mənbələrdə yazılır ki, bura daxil olan Həzrət Əlinin 7 nümayəndəsi qeyd edir ki, mağarada 3 nəfər sağda, 3 nəfər solda, biri də başdada yatıblar. Altısı arxası üstə yatır. Yeddincisi mağaranın uzaq küncündə arxası mağaranın divarına sağ böyrü üstə söykənib yatır Onların ayaqlannın altında heç bir yeri zədələnməmiş olan it yatıb. Bu barədə Quranda belə yazılıb “Onlar yatmış ikən sən onları oyaq hesab edərdin. Biz onları sağa-sola çevirirdik. Onların iti isə girəcəkdə qabaq pəncələrini uzadıb yatmışdı. Əgər sən onları görsəydin, dönüb onlardan qaçardın və dəhşət səni bürüyərdi.”

Yatanların adı Temrixo, Maksalmino, Kaçputt, Kaşofat, Tab-Yunus, Ozurpat-Yunus, Saznuş və itin adı Katmir kimi mənbələrdə yazılır. Düzdür digər mənbələrdə bu adlar dəyişikdir.
İlk dəfə bura gələn missionerlərin vəzifəsi mağaranın sirrin qorumaq lazım olması barədə Vatikana məlumat verirlər. Naxçıvanda bir neçə ailə bu mağaranın yerini və sirrini qoruyub saxlamaq üçün seçilir. Osmanlı-Səfəvi dövründə Şah İsmayıl buranın qorunmasını qaramanlı tayfasına tapşırır. Onun yanına gələn Vatikan elçilərinin xahişini yerə salmayan Şah Muğanlı Sarı Əlinin nəslindən olan Noruz Ağa Əlini bura mühafiz təyin edir. Muğanlı Sarı Əli Naxçıvanda baş verən “Əshabi–Kəhf” döyüşlərində əsl qəhrəmanlıq göstərib. Oranı sona qədər qoruyub ki, Osmanlılar oranı dağıtmasınlar. Mağaranın içindiklər ələ keçməməsi üçün Novruz Ağa Əli oranın yolun dəyişərək üstündə məscid tikir.

Buranın qorunması üçün eyni zamanda Tampliyerlər ordeninin Məbəd cəngavərləri və ya Məsihin və Süleyman məbədinin cəngavərləri adlanan şəxslərdə gəlmişlər. Onların yaranan gündən bu günə qədər dinlə bağlı müqqədəs sayılan yerləri və əşyaları, kitabları qormağı məqsəd kimi qarşılarına qoyublar.

Lakin Türkmənçay müqaviləsindən sonra buranı işğal edən ruslar ətrafda qazıntı zamanı böyük miqdarda qızıl olan xəzinə aşkar edirlər. Bundan sonra qazıntını genişləndirmək qərarına gəldikdə yerli sakinlərin etirazı ilə qarşılaşırlar. Onlara dəstək vermək üçün erməni dəstələri də gəlir. Mağaraya yol axtaran ruslara ermənilər yol göstərirdilər. Bu döyüşlərdə iştirak etmək üçün Tampliyerlər, İrandan batini bəglərin, yəni “sirr bəkçi”ləri və Türkiyədən bektaşilər gəlirlər. Rus və ermənilərə qarşı savaşda onlar da iştirak edirlər və qələbə qazanandan sonra tamamilə mağaraya gedən yolları, bu yolları bilənləri məhv edirlər. Naxçıvanda mağaranı qorumaq üçün seçilən ailələrə isə zamanı gələnə qədər buranı qormaq həvalə edilir…. Vatikandan Rus imperatoruna bu savaşın dayandırılmasına dair gedən xəbərdarlıq da göndərilir….
Mənbələrdə daha geniş və çox faktlar var, bu barədə inşallah yenə yazacam….

Zaur Əliyev
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

http://femida.az/az/news/83207

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*