Saytımıza xoş gəlmisiniz

“Türkiyə biznesi Yerevan və Ankara arasında diplomatik əlaqələrdə maraqlıdır” – Noyan Soyak

Oxunma sayı: 79

1403643

Ermənistan və Türkiyə dialoqlara başlayan kimi hər iki ölkənin biznes dairələrində əlaqələrin möhkəmləndirilməsində yeni yollar və vasitələrə şərait yaranacaq.

Türkiyə biznesi Ankara və Yerevan arasında yaranan siyasi fikirayrılıqlarının həllində və diplomatik münasibətlərin qurulmasında çox maraqlıdır.

Karabakh.tv erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının biznes şurasının direktorlar Şurasının iclasında iştirak edən erməni-türk işgüzar şurasının vitse-prezidenti Noyan Soyak deyib.

“Sərhədin bağlanması – 24 ildən artıqdır ki, ölkələrimiz arasında əsas problemdir. Hesab edirəm ki, biz bir-birimizlə bu məsələnin həllində dialoqlara başlamalıyıq. Ermənistan və Türkiyə danışıqlara başladığı təqdirdə biznes sferasında kooperasiya üçün yeni yollar və vasitələr yaranacaq” – deyə, Soyak vurğulayıb.

Türkiyə ərazisində yüzlərlə erməni sahibkar işləyir ki, onlar əsasən ticarət sahəsi ilə məşğul olurlar. İllik əmtəə dövriyyəsinin həcmi 300 milyon dollara çatır ki, bunun da böyük bir hissəsini Türkiyədən olan idxal təşkil edir. Bu, tekstil, inşaat materialları, meyvə-tərəvəz, əczaçılıq, maşın və avadanlıq sahələri ilə əhatəlidir.

Soyak həmçinin qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın ilkin şərt olmadan Türkiyə ilə münasibətlər qurmağa hazır olduğu barədə bəyanatını alqışlayır.

“Əminəm ki, ölkələrimiz arasında normal münasibətlər qurmaq mümkün olsa, onda bu, təkcə onlar üçün deyil, eləcə də bütün region üçün yaxşı olacaq” – deyə, iş adamı vurğulayıb.

Səbuhi GÜNDÜZ

Karabakh.tv

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*