Saytımıza xoş gəlmisiniz

Türkiyə Vəkillər Birliyi Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsinə dəstək verəcək

Oxunma sayı: 50

spt-417286253

Azərbaycan Vəkillər Kollegiyası və Türkiyə Vəkillər Birliyi bütün dünyaya Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, Azərbaycanın üzləşdiyi haqsızlıqlar bəyan edəcək.

Karabakh.tv Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Azərbaycan Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirləri çərçivəsində keçirilən “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfransda Türkiyə Barolar Assosiasiyasının sədri Mətin Feyzioğlu bildirib.

O qeyd edib ki, yaxın vaxtlarda Naxçıvanda qurumların İdarə Heyətlərinin birgə toplantısı keçiriləcək:

“Azərbaycanın üzləşdiyi haqsızlıqları unutmadıq, unutmayacağıq. Çünki hazırda Azərbaycanın müqəddəs torpaqlarının bir hissəsi işğal altındadır. Təəssüf ki, dünya bu işğala qarşı səssiz qalıb. Azərbaycanın da ən önəmli hədəfi müqəddəs torpaqlarını işğaldan və zülmdən azad etməkdir. Naxçıvanda keçiriləcək toplantımızda da əsas məqsəd dünyaya bu mesajı verməkdir”.

M.Feyzioğlu bildirib ki, bu toplantıda vəkillərimizin qarşılıqlı təcrübə mübadiləsi ilə bağlı da mühüm qərarlar veriləcək.

O əlavə edib ki, Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsi məsələsində nə zaman müraciət edilsə, Türkiyə Vəkillər Bürosu bu məsələdə Azərbaycan Vəkillər Kollegiyasına dəstək verməyə hazırdır: “Azərbaycan Vəkillər Kollegiyası bizdən hansı formada dəstək istəyirsə, biz sizin dünyada sözünüzə sözlə, gücünüzə gücümüzlə dəstək verməyə hazırıq”.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*