Saytımıza xoş gəlmisiniz

Türkiyədə daha bir Xocalı abidəsinin açılışı olub (FOTO)

Oxunma sayı: 35

pashayeva_tedbir_161118_08

Türkiyənin ən böyük vilayətlərindən biri Şanlıurfada Qarabağ parkının və Xocalı abidəsinin açılışı olub.

Trend-in məlumatına görə, açılışda yüzlərlə insan iştirak edib. Şanlıurfanın ən böyük parkı olan Azərbaycan-Qarabağ parkı min hektarlarla ərazini əhatə edir.

Şanlıurfanın mərkəzində yerləşən Azərbaycan Qarabağ parkı və Şəhidlər abidəsi, Xocalı abidəsi millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və təklifi ilə hazırlanıb.

Azərbaycan və Türkiyə bayrağının birgə dalğalandığı Qarabağ parkının mərkəzində qoyulan abidənin üzərində də hər iki ölkəmizin bayrağı və ümummilli liderimiz Heydər Əliyevin “bir millət, iki dövlət” sözləri yer alıb.

Eyni zamanda Xocalı soyqırımı və orada şəhid olan insanlarımızla bağlı məlumatlar və 1918-ci ildə erməni daşnakları Azərbaycanın müxtəlif bölgələrində soyqırım törətdiyi zaman Azərbaycana dəstəyə gələn Nuru Paşa rəhbərliyindəki Türk-Qafqaz İslam Ordusunun qəhrəman şəhidləri ilə də bağlı məlumatlar öz əksini tapıb.

Açılışda Şanlıurfa bələdiyyəsinin rəhbəri Nihat Çiftçi, Şanlıurfa valisi Abdullah Erin, Türkiyə millət vəkilləri, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, QHT, media nümayəndələri və yüzlərlə yerli sakinlər iştirak edib.

Bələdiyyə rəhbəriı Nihat Çiftçi “hər zaman qardaş Azərbaycanın yanındayıq və yanında olacağıq, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyib və yeni açılan parkın və abidənin Şanlıurfada böyüyən gənc nəsillər üçün önəmindən danışıb, Azərbaycan-Türkiyə qardaşlığının və işbirliyinin getdikcə daha da gücləndiyini və bundan sonra da güclənəcəyini deyib.

Millət vəkili Qənirə Paşayeva işğal altındakı bölgələrdə Ermənistanın törətdiyi vandalizm aktlarına dünya birliyinin, böyük güclərin səssiz qaldığını deyib. Çıxışda bir daha bu zülmlərin yaşanmaması üçün gəncliyin Qarabağda baş verənləri yaddaşlarına yazmağın zəruriliyi dilə gətirilib, “belə parklar və küçələr Türk dünyasının dörd bir yanında açılmalıdır” deyilib.

pashayeva_tedbir_161118_10

pashayeva_tedbir_161118_07

pashayeva_tedbir_161118_06

pashayeva_tedbir_161118_05

pashayeva_tedbir_161118_01

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*