Saytımıza xoş gəlmisiniz

Türkiyəli ekspert: Ermənistanda hakimiyyət uğrunda mübarizə Qarabağ məsələsi ətrafında qurulub

Oxunma sayı: 62

mehmet_fatih_oztarsu

Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar regionda problemlə üzləşib.

Bunu Trend-ə “Strategic Outlook” beyin mərkəzinin Qafqaz üzrə eksperti Mehmet Fatih Öztarsu deyib.

Ekspertin sözlərinə görə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həm Ermənistanın xarici siyasi probleminə, həm də daxili siyasət alətinə çevrilib:

“Düşünmürəm ki, Ermənistan Qarabağ məsələsi ilə bağlı ritorikasını dəyişəcək, çünki ölkədə hakimiyyət uğrunda mübarizə bu məsələ ətrafında qurulub. Əgər kimsə bu məsələdə ölkənin mövqeyini dəyişmək istəsə, növbəti gün o, artıq hakimiyyətdə olmayacaq”.

Baş nazir Nikol Paşinyanın Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması barədə fikirlərini şərh edən ekspert qeyd edib ki, Ermənistan həmişə Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa hazır olduğunu deyir və bu, ilk dəfə N.Paşinyan tərəfindən irəli sürülmüş təklif deyil.

Ekspert əlavə edib ki, hazırkı şəraitdə Türkiyə-Ermənistan sərhədlərinin açılması mümkün deyil.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*