Saytımıza xoş gəlmisiniz

Ukrayna erməniləri Tərtərin kəndinə yardım gətirdi… -FOTOLAR

Oxunma sayı: 189

Ukraynanın bir neçə erməni icmasının nümayəndələri Azərbaycanın dövlət sərhədini pozaraq işğal altındakı torpaqlarımıza gəlib.

Moderator.az xəbər verir ki, bu haqda Ukrayna mediası da məlumat yayıb.  Kiyev  erməni icmasının sədri  Norik Gevorkyanın başçılıq etdiyi heyətə  Ukrayna Erməniləri İttifaqının nümayəndələri: Lvov icmasından Avetis Saracyan, Xmelnitski  icmasından Suren Avakyan  və Sum icmasından Alik Saturyan da qatılıb.

Ermənilər Tərtər rayonunun 26-cı ildir ki, işğal altında qalan və  “Aknaberd” adlandırılmış Umudlu kəndinə baş çəkiblər. Kiyev erməni icması adından kənddəki erməni məktəbi və uşaq bağçasına  noutbuklar, skanerlər, printerlər və digər vacib texniki vasitələr, eləcə də hər bir şagird üçün dəftərxana ləvazimatı dəsti hədiyyə edilib.

Xəbərdə xatırladılır ki,  2017-ci ildə Ukrayna Erməniləri İttifaqının sədri Volen Şatvoryanın təşəbbüsü ilə Aprel döyüşləri zamanı Azərbaycan torpaqlarında gəbərmiş 40 işğalçı əsgərin ailəsinə humanitar yardım çatıdırılıb.

P.S. Ukraynada yaşayan azərbaycanlılar və xüsusən Azərbaycan diasporunun üzvləri, iş adamları, dövlət və hökumət orqanlarında çalışanlar xəbərdə adları çəkilən Ukrayna ermənilərinin adına diqqətlə baxsınlar…

Sultan Laçın 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*