Saytımıza xoş gəlmisiniz

Ümumordu iməciliyi keçiriləcək

Oxunma sayı: 80

abe54528a9954b120c6eb7efa8b0dad5

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Əlahiddə Ümumqoşun Orduda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ərazilərində noyabrın – 24-ü park təsərrüfat günündə iməcilik təşkil olunacaq.

Karabakh.tv Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ərazilərin tullantılardan təmizlənməsi, ekoloji mühitin sağlamlaşdırılması və abadlaşdırılması məqsədilə təşkil olunacaq iməcilik zamanı hərbi şəhərciklərdə, eləcə də digər hərbi hissələr, inzibati, xidməti bina və obyektlərin ətrafında müxtəlif növ ağac və gül kollarının əkilməsi, eləcə də yaşıllıq zolaqlarının salınması nəzərdə tutulur.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*