Saytımıza xoş gəlmisiniz

Üzərində bomba olduğunu deyən erməni yaxalandı – Moskva hava limanında

Oxunma sayı: 94

28534843_1419498021513252_1422785017_n

Moskvanın hüquq-mühafizə orqanı əməkdaşları Şeremetyevo hava limanında Ermənistan vətəndaşını saxlayıblar.

“KarabakhTV” yazır ki, bu haqda  “REN TV” telekanalı xəbər yayıb. İrəvana uçmağı planlaşdıran erməni uçuşqabağı  yoxlama zamanı hava limanı zabitinin suallarını cavablandırarkən zarafatla üzərində bomba olduğunu bildirib. Aeroport əməkdaşları dərhal təhlükəsizlik xidmətinə xəbər veriblər. Nəticədə Ermənistan vətəndaşı nəqliyyat polis bölməsinə təhvil verilib.

Hazırda erməni barədə təhqiqat aparılır.

Sultan  Laçın

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*