Saytımıza xoş gəlmisiniz

Vəzifəsindən azad edilən Xaçaturov Ermənistana qayıdıb

Oxunma sayı: 14

2018/11/45645-1541663364.jpg

Noyabrın 2-də Ermənistanın müraciəti əsasında KTMT-nin Baş katibi vəzifəsindən Yuri Xaçaturovun azad edilmə prosesi başa çatıb.

Ordu.az xəbər verir ki, Ermənistan tərəfindən KTMT-nin Baş katibi vəzifəsinə yeni namizəd irəli sürülməsi, ümumiyyətlə KTMT-də Ermənistanın sədrlik məsələsinin havadan asılı vəziyyətdə qaldığı bir vaxtda Xaçaturov dünən axşamçağı Ermənistana qayıdıb.

Xatırladaq ki, Ermənistanda konstitutsiya quruluşunu dəyişməyə cəhd edilməsi üzrə 2008-ci il “1 Mart” hadisələri ilə əlaqədar ittiham olunan Xaçaturov, həmin vaxt İrəvan qarnizonun rəisi vəzifəsini tutub. Ermənistanda “1 Mart” hadisələri ilə əlaqədar saxlanılan Xaçaturov daha sonra 5 milyon dram girov müqabilində azadlığa buraxılıb və Moskvaya qayıdaraq, avqust ayının əvvəlindən noyabrın 2-dək təşkilatın Baş katibi vəzifələrinin icra olunmasını davam etdirib.

Alpər Mövludoğlu 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*