Saytımıza xoş gəlmisiniz

Vaqif Dərgahlı: “Afərin Hovannisyana ki, bizə növbəti dəfə haranı azad etməli olduğumuz oriyentrləri dəqiq göstərib”

Oxunma sayı: 253

trend_vagif_dergahli_040416

“Bu üsulla Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi “Google Earth” vasitəsilə planetin hər hansı bir nöqtəsinin görüntüsünü çəkərək, onu erməni ictimaiyyətinə təqdim edə bilər. Eyni yolla da erməni ordusunun göstərilən ərazini öz nəzarəti altında saxladığını da fotonun aşağısında yazmaq mümkündür. Bu gün hətta məktəbli də həmin üsulla internet proqramından istifadə edərək istənilən ərazinin surətini çıxarıb onu sosial şəbəkələrdə paylaşa bilər”.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vagif Dərgahlı bildirib.

V.Dərgahlı qeyd edib: “Zarafatı bir kənara qoysaq, afərin Arsruna ki, bizə növbəti dəfə haranı azad etməli olduğumuz oriyentrləri dəqiq göstərib”.

Xatıqrladaq ki, A.Hovannisyan bu günlərdə öz “Feysbuk” səhifəsində paylaşdığı fotoları erməni mövqelərindən özünün çəkdiyini, həmçinin görüntülərin guya Ordubad şəhərinə və ətraf kəndlərə aid olduğunu iddia etmişdi.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*