Saytımıza xoş gəlmisiniz

Veteranlar Cümhuriyyətimizin 100 illiyini qeyd etdilər – VİDEO

Oxunma sayı: 1. 279

İyunun 20-də Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan xalq Cümhuriyyətinin və Azərbaycan ordusunun yaranmasının 100 illiyinə həsr olunmuş geniş tədbir keçirilib.

Karabakh.tv xəbər verir ki, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin çoxsaylı üzvləri Fəxri Xiyabana gələrək müasir və müstəqil Azərbaycan dövlətinin və Silahlı Qüvvələrinin qurucusu ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri “Azərbaycan Bayrağı” ordenli polkovnik Mehdi Mehdiyev, birliyin rayon filiallarının sədrləri və üzvləri, o cümlədən tədbirə dəvət olunmuş fəxri qonaqlar ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoydular, Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz  xidmətlərinə ehtriam əlaməti olaraq ulu öndərin ruhu qarşısında ehtiramla baş əydilər.

Heydər Əliyevin məhz xalqın təkidli tələbilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra istər dövlətçilik, istərsə də Silahlı qüvvələr quruculuğu tarixində əsaslı dönüş yarandı.

1993-cü ilin ikinci yarısından başlayaraq  bütün sahələrdə, xüsusilə Azərbaycan ordusunun müasir tələblər çərçivəsində qurulması istiqamətində strateji təməl prinsiplərinin işlənilməsinə və reallaşdırılmasına start verildi.

Quruculuq işlərinin daha çox Ordu müstəvisini əhatə etməsi isə az müddətdə Qarabağ cəbhəsinin bütün istiqamətlərində özünü göstərdi. Xüsusilə Tərtər, Füzuli istiqamətində güclü hücuma keçən düşmən ordumuzun ciddi müqavimətinə rast gələrək xeyli itki verdi və geri çəkilməyə məcbur edildi.

Öz üzərində dövlətin hərtərəfli qayğısını hiss edən  Silahlı Qüvvələrimizin şəxsi heyəti həmin döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi göstərdi.

Xalqımızın qəhrəmanlıq salnaməsində yeni və davamlı  bir mərhələnin başlanğıcı qoyuldu.

Təsadüfi deyil ki, tədbir iştirakçılarının mütləq əksəriyyəti məhz həmin döyüşlərin canlı iştirakçıları, müharibə əlilləri, veteranları və şəhid ailələrinin üzvləri idi.

Tədbir iştirakçıları Zərifə xanım Əliyevanın məzarını da ziyarət edərək abidəsi önünə gül dəstələri qoydular.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvləri Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman oğullarımızın məzarını ziyarət etdilər, onların müqəddəs ruhu qarşısında ehtiramla baş əydilər. Əbədi məşəlin önünə əklil qoydular.

Daha sonra tədbir bayram süfrəsi arxasında davam etdirildi.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev tədbir iştirakçılarını salamladı. Ümummilli lider heydər Əliyevin Azərbaycan dövləti və Silahlı Qüvvələrinin yaradılmasında və inkişafındakı əvəzsiz xidmətlərindən danışdı.

Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında müvafiq istiqamətdə əldə olunmuş uğurlardan bəhs etdi. Bildirdi ki, Azərbaycanın Cənubi Qafqazda aparıcı bir dövlətə çevrilməsi, iqtisadi-siyasi təşəbbüsü ələ alması məhz cənab İlham Əliyevin siyasi iradəsi və prinsipial mövqeyi  sayəsində mümkün olmuşdur.

Birlik sədri həmçinin Azərbaycan Ordusunun bugünki inkişafını və yüksək döyüş hazırlığına yiyələnməsini Azərbaycan dövlətinin ən böyük uğuru kimi dəyərləndirmiş, torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə inandığını bildirmişdir.

Sonda tədbir iştirakçıları adından Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olundu.

İbrahim RÜSTƏMLİ / Karabakh.tv

Yazılmış şərhlər: 1

  1. 2 qrub qarabag elili Mehtyev mehi Mehemmed qglu deyir ki:

    Vetenimizin miletimizin devletimizin merd cesur qeyreili oglarn ve ALI BAS KOMANDANMZ Ilham Heyder oglu Eliyev ALLAH qorusun. Qardaslar gun o gun olsunki ALI BAS KOMANDANMZ rehberliyi altnda qelebe gunumuzu qeyd edek tezlikle INSALLAH AMIN YAREBIM YARESUL ALLAH

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*