Saytımıza xoş gəlmisiniz

Vigen Sarkisyan etirazçıları hədələdi: “Ordu müdaxilə edəcək”

Oxunma sayı: 124

234234_1524475162

“Ermənistanda fövqəladə vəziyyət rejimi elan edilərsə, ordunun buna müdaxilə etməsi məsələsi qanunla tənzimlənir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan müdafiə naziri Vigen Sarkisyan bəyan edib.

O, bu barədə onlayn mətbuat konfransında jurnalistlərdən birinin fövqəladə vəziyyət elan ediləcəyi təqdirdə ordunun martın 1-də olduğu kimi müdaxilə edib-etməməsi barədə suala cavab verərkən bildirib.

“Ermənistan qanunvericiliyi aydında şəkildə ordunun daxili məsələlərə müdaxiləsini tənzimləyir. Bu yalnız fövqladə vəziyyət halında ola bilər, lakin belə olduğunda da ordu öz funksiya və səlahiyyətləri barədə qəti müəyyənləşdirmələr alacaq”, – deyə Sarkisyan açıqlayıb.

Ağalar Qəribov
Ordu.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*