Saytımıza xoş gəlmisiniz

Viran edilmiş Ağdam qəbiristanlığından ürəkdağlayan son görüntülər – Video

Oxunma sayı: 519

Rus jurnalist:”Yəqin ki, tələbə vaxtı içdiyim “Ağdam” çaxırını bir daha içə bilməyəcəm…”

Azərbaycanın 25-ci ildir ki, işğal altında qalan Ağdam şəhəri yaxınlığındakı qəbiristanlıqdan ürəkdağlayan görüntülər yayılıb. “KarabakhTV” 2017-ci ilə aid olduğu bildirilən həmin görüntüləri Mirkazım Laçın Alxaslının “You Tube”dəki kanalına istinadla təqdim edir.

Çəkiliş rus jurnalist tərəfindən aparılıb. Çox güman ki, bu, Ağdamın məşhur Qarağacı qəbiristanlığıdır… Viran qoyuulmuş məzarlıqda otlayan  mal-qaradan savayı heç bir canlı görünmür… Aradabir yük maşınları görünür və ya səsləri gəlir. Yəqin, ermənilər hələ də Ağdamın dağıdılmış evlərinin, digər binalarının daşlarını daşıyırlar…

Rus jurnalistin də erməni vandalizmindən dəhşətə gəldiyi hiss olunur… Onun şərhinin tərcüməsini olduğu kimi nəzərinizə çatdırırıq:

“Bu, viran edilmiş Ağdam şəhərinin  yaxınlığındakı qəbiristanlıqdır… Nadir qəbirüstü abidələr salamat qalıb… Məzarlıq tamamilə dağıdılıb, abidələr sındırılıb. Kimsəsiz bir qəbiristanlıdqır… Hətta Valideyn günləri(pravoslav ruslar  ildə bir dəfə məzarları ziyarət etmək üçün xüsusi Valideyn günləri keçirir-S.L.) də buraya heç kəs  gəlmir. Çox xoşagəlməz bir mənzərədir… Abidələr sındırılıb… Mən bunu başa düşə bilmirəm… Əcdadlar həmişə əcdaddırlar… Onlara hörmət olunmalıdır… Bu, sonuncu məzarlardan biridir (kadrlarda üzərində keçmiş Azərbaycan kirill əlifbasıyla  “Quliyeva Zəhra Şirin qızı 1887-1982. Övladlarından” yazılmış  başdaşı görünür – S.L.)… Yəqin bundan sonra burada heç kəs dəfn edilməyib… Müharibə başlayıb… 1988-ci il Sumqayıt… Azərbaycan kilsəsi… ( jurnalist səhvən türbələrə belə deyir – S.L.)

Bu, Ağdam şəhərinə girişdir… Bulmirəm… Burada kimsə yaşayırmı?.. Hər şey dağıdılıb.. Tam boşluqdur… Bu Azərbaycan şəhəri uzun müddət müdafiə olunub, ancaq ermənilər onu işğal edəndən sonra yalnız hasarlar qalıb… Burada hətta divarlar da sökülüb… Aydındır, insanlara nəsə tikmək lazımdır…Amma şəhər indi dəqiq yoxdur… Və tələbə vaxtı içdiyim eyniadlı çaxırı da yəqin ki, bir daha içməyəcəm…”

Sultan Laçın

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*