Saytımıza xoş gəlmisiniz

“Virtualkarabakh.az” portalının yeni versiyası təqdim edilib

Oxunma sayı: 24

trend_virtualkarabakh_teqdimat_191018_06

Bu gün “Virtual Qarabağ” informasiya – kommunikasiya texnologiyaları gənclər ictimai birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə hazırlanmış “virtualkarabakh.az” portalının yeni versiyasını ictimaiyyətə təqdim edib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan “Virtual Qarabağ” informasiya – kommunikasiya texnologiyaları gənclər ictimai birliyinin sədri, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev qeyd edib ki, 2013-cü ilin dekbarında mərkəz özünün ilk portalını təqdim edib.

N.Mehdiyev bildirib ki, bu illər ərzində mərkəz minlərlə insanın Qarabağ haqqında informasiya almasına xidmət edib: “Lakin keçən dövr ərzində informasiya resurslarına olan tələb dəyişib. “Virtual Qarabağ” İKT gənclər ictimai birliyi də yeni tələbləri nəzərə alaraq dizayn baxımdan modern, istifadə baxımdan funksional, daha çox vizual məhsulların öz əksini tapdığı yeni portalını qurdu və təqdim edir. Yaşadığımız qlobal informasiya cəmiyyətində ölkəmiz haqqında düzgün informasiyanın çatdırılması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan, o cümlədən Qarabağ haqqında məlumatların dünyaya çatdırılması üçün funksional, dizayn baxımdan müasir və baxımlı, savadlı informasiya resurslarına ehtiyac duyulur. Təqdim olunan “Virtual Qarabağ” İKT gənclər ictimai birliyinin “virtualkarabakh.az” portalının yeni versiyası bu tələblərə cavab verir və Qarabağ haqqında vahid informasiya platforması kimi çıxış edir. Portal müasir dövrün tələblərinə uyğun daha dinamik, müasir dizayn standartları ilə orjinal proqram üstündə yenidən qurulub. Portal dayanıqlıdır, qorunur və axtarış sistemlərinə uyğun köklənib. Bu isə müxtəlif beynəlxalq axtarış platformalarında portalın məlumatlarının daha tez tapılmasına kömək edəcək”.

Yeni portalda Qarabağın tarixi, mədəniyyəti, təbiəti, münaqişə haqqında informasiyalarla yanaşı, sənədli filmlər, elektron məhsullar, mobil tətbiqlər, yeniyetmə və gənclər üçün Qarabağ mövzusunda virtual oyunlar, qısa və məzmunlu məlumat verən infoqrafikalar, infovideolar, bir çox Qarabağ xanəndələrinin musiqilərinin, filmlərin səsləndirildiyi radio, müasir proqram təminatlı kitabxana, müasir proqram təminatlı xəritələr, interaktiv təklif bölməsi yerləşdirilmişdir. Portalda Qarabağa dair çox sayda foto və videonun yerləşdiyi foto – video qalereya da istifadəçilərə təqdim olunur. Yeni portalda gənclərin foto – info metodu ilə məlumatlanması üçün ayrıca slayd fəaliyyətə başlamışdır. Portal həm bütövlükdə cəmiyyətmizin, həm də yeniyetmə və gənclərimizin məlumatlanmasına xidmət edəcək. Təqdim olunan yeni portal Qarabağla bağlı ümumiləşmiş informasiya resursudur. Yeni portalda cəmiyyətin bütün üzvləri- yeniyetmələr, gənclər , orta və yaşlı nəsil üçün Qarabağ və tarixi torpaqlarımız haqqında dair maraqlı materiallar tapmaq mümkündür.

Mərasimdə “Virtual Qarabağ” İKT gənclər ictimai birliyinin istehsal etdiyi Qarabağ mövzusunda qısa, lakin məzmunlu infovideolar və “İrəvan – Gizlədilmiş Həqiqətlər” sənədli filminin türk dilində versiyası da təqdim olunub.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*