Saytımıza xoş gəlmisiniz

Vitse-spiker xalqdan üzr istədi

Oxunma sayı: 501

35102694_2084519751821721_2790353373612736512_n

Karabakh.tv xəbər verir ki, Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov ötən illər ərzində həyata keçirə bilmədikləri planlara görə erməni xalqından üzr istəyib və yeni hökumətə sabiqlərdən daha çox iş görməsini arzulayıb.

Şarmazanov parlamentdəki çıxışında bildirib ki, indiyədək xeyli sayda səhvlərə və günahlara yol verilib. Bütün bunlara görə onlar siyasi məsuliyyət daşıyır:

“Biz əhalinin rifahı naminə reallaşdıra bilmədiyimiz hər bir şeyə görə xalqdan üzr istəyə bilərik. Ona görə də yeni hökumətə əvvəlkindən daha səmərəli xidmət göstərməyi arzulayıram. Əgər sizin etimadınızı doğrulda bilməmişiksə, bizi bağışlayın.”

Hazırladı: İbrahim RÜSTƏMLİ / Karabakh.tv

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*