Saytımıza xoş gəlmisiniz

Vladimir Putinlə Nikol Paşinyanın görüşü başlayıb

Oxunma sayı: 177

32387308_1786664064728650_4296527992626085888_n

Soçidə Ermənistan baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putinin görüşü başlayıb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunur.

Karabakh.tv erməni KİV-lərinə istinadən xəbər verir ki, görüşdə Ermənistan baş nazirinin müavini Tiqran Avinyan, Ermənistanın Xarici İşlər Naziri Zöhrab Mnaçakanyan, Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan, baş nazirin köməkçiləri Varujan Nersisyan, Ruben Rubinyan, Ermənistan XİN-nin məsləhətçisi, MDB ölkələri üzrə idarənin rəisi Armen Qevondyan iştirak edir.

Rusiya tərəfdən isə görüşdə prezidentin mətbuat katibi Dmitri Peskov, prezidentin köməkçisi Yuri Uşakov, Rusiyanın İqtisadi inkişaf naziri Maksim Oreşkin, Maliyyə naziri Anton Siluanov, Nəqliyyat naziri Maksim Sokolov, Rusiya XİN-in müavini Aleksandr Pankin iştirak edir.

Ermənistanın baş naziri Nikol Paşinyanın işgüzar səfəri zamanı Belarusiya prezidenti Aleksandr Lukaşenko və Qırğızıstan prezidenti Sooranbay Jeenbekovla da görüşləri keçiriləcək.

Səbuhi GÜNDÜZ

Karabakh.tv

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*