Saytımıza xoş gəlmisiniz

“Xaçaturovu əvəz edəcək şəxsin adı hələlik müzakirə edilməyib” – Tonoyan

Oxunma sayı: 19

456456_1532756515_1533044087_1533889336

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovu əvəz edəcək şəxsin adı hələ müzakirə olunmayıb və ondan əvvəl bəzi prosedurlar həyata keçirilməlidir. Hazırda o, fəaliyyətini davam etdirir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistanın müdafiə naziri Davit Tonoyan bildirib.

Tonoyan, Ermənistanın xarici işlər nazirliyi tərəfindən bəzi prosedurların və məsləhətləşmələr prosesinin başlanılması barədə açıqlama verdiyini xatırladıb.

“Bundan sona namizəd barədə müzakirələr aparılacaq”, – deyə Tonoyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*