Saytımıza xoş gəlmisiniz

Xaçaturovu əvəzləyəcək namizəd dəstəklənməyəcək

Oxunma sayı: 176

38391816_2136781996595496_5193103197350133760_n

“Kommersant” qəzeti dövlət strukturlarındakı həmkarlarına istinadən  yazır ki, rəsmi İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT)  baş katibi Yuriy Xaçaturova qarşı irəli sürdüyü ittihamlar Rusiya Federasiyası tərəfindən xüsusi əsəbiliklə qarşılanıb.

Karabakh.tv xəbər verir ki, məhkəmə ötən həftə Xaçaturova qarşı 2008-ci ilin mart hadisələri zamanı  konstitusiya çevrilişi maddəsilə ittiham irəli sürmüş, onun həbsi barədə hökm çıxarmışdır. Ermənistanın eks-prezidenti Robert Köçəryana qarşı da eyni ittiham irəli sürülmüşdür. Ancaq Köçəryandan fərqli olaraq Xaçaturov girov müqabilində şərti azadlığa buraxılmışdır.

İlk məhkəmə araşdırmalarından sonra İrəvan KTMT-nin baş katibliyinə yeni namizədinin təyin olunması ilə bağlı müraciət edib. Amma “Kommersant”, öz mənbələrinə istinadən xəbər verir ki, yeni namizəd bəyənilməyəcək. Bu halda Belorus öz namizədini təklif edəcək.

“Erməni “haqq-hesabları” təşkilatın imicinə sarsıdıcı zərbə endirir. Maraqlıdır ki, bunu Ermənistanın özündə başa düşmürlər”,- deyə qəzetin Rusiya prezidenti administrasiyasına yaxın əməkdaşı bildirib.

Bundan əlavə, Rusiyanın iki böyük silah sənayesi müəssisəsinin rəhbəri də “Kommersant”a bildirib ki, Ermənistanla silah alverilə bağlı  “ikinci zərf” də böyük sual altındadır.

Xatırladaq ki, bu silahlara, o cümlədən, atıcı silahlara, mühəndis-istehkam qurğularına, rabitə cihazlarına və nəqliyyat vasitələtinə yiyələnməsi üçün Ermənistan yüz milyon civarında kredit almalı idi.

“Amma bu gün orada baş verənlərdən hələ heç kim heç nə anlamır”, – deyə “Kommersant”ın əməkdaşı bildirib.

İbrahim Rüstəmli / Karabakh.tv

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*