Saytımıza xoş gəlmisiniz

Xankəndi-Şuşa kanat yolunun tikintisinə başlanacaq

Oxunma sayı: 372

14610

İşğalçılar Şuşada müasir istirahət mərkəzi də tikməyi planlaşdırırlar…

Ermənilər Azərbaycanın 27-ci ildir işğal altında saxladıqları Xankəndi şəhərindən Şuşaya kanat yolu tikintisinin layihə işlərinə başlayıblar.

“KarabakhTV” xəbər verir ki, bu haqda qondarma separatçı qurumun “parlament”ində qurumun “büdcəsi”nin xərclənməsi ilə bağlı çıxışında  özünü “dövlət naziri” adlandıran Araik Arutyunyan məlumat verib. Onun sözlərinə görə, kanat yolunun tikinti işləri bu yaxınlarda xeyriyyə  fondlarının köməyi ilə başlanacaq.

Ermənilər kanat yolundan həm nəqliyyat vasitəsi, həm də xarici turistlərin əyləncə obyekti kimi yararlanmağı planlaşdırırlar. Separatçı məmur gələcəkdə Şuşada müasir istirahət mərkəzinin də tikintisinin nəzərdə tutulduğunu bildirib.

Sultan Laçın

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*