Saytımıza xoş gəlmisiniz

Xankəndində dalğalanacaq bayraq…

Oxunma sayı: 120

maxresdefault

9 noyabr Azərbaycanda Dövlət Bayrağı günüdür. Karabakh.TV əlamətdar gün münasibətlə bayraqlardan bəhs edən yazını təqdim edir.

 

Ən qədim bayraq

45736500_379345459273571_2101365410162016256_n

Dünyanın ilk bayraqları Hindistan və Çində olub. Bu çox qədim tarixə təsadüf etdiyindən hansı ölkədə birinci olduğunu müəyyənləşdirmək mümkün olmayıb.

Bu günə qədər istifadə olunan ən qədim bayraq isə Dannebroq bayrağıdır. Tarixə nəzər yetirsək Dannebroq bayrağının 13-cü əsrdə Danimarkanın dövlət bayrağı olduğunu görərik və elə bu gün də həmin bayraq adıçəkilən ölkənin dövlət bayrağıdır.

 

İkiüzlü bayraq

45872144_2196087657082597_2451356814734786560_n

Paraqvay bayrağı dünyada yeganə bayraqdır ki, hər üzündə müxtəlif təsvirlər var. Bir üzündə sarı ulduz- ölkənin gerbi, digər üzündə dövlət xəzinadarlığının emblemi olan şir təsviri.

 

Dördkünc olmayan yeganə bayraq

45727177_353434002070216_6170143970119647232_n

Nepalın bayrağı formasına görə dünyada fərqlənən, yeganə dördkünc olmayan bayraqdır.

 

Birrəngli və təsvirsiz bayraq

45645855_309168186341808_3975558223238266880_n

2012-ci ilədək dünyada yeganə birrəngli bayraq Liviya bayrağı olub. Belə ki Liviya bayrağı birrəngli olmaqla yanaşı, həm də təsvirsiz olub.

 

Ölkəsi olmayan bayraq

45697060_2201106786826692_5687008484881596416_n

1971-ci ildə Londonda qaraçılar öz bayraqlarını qəbul ediblər. Onu dünyanın ayrı-ayrı ölkələrində yaşayan bütün qaraçılar qəbul etsə də, bu bayrağın ölkəsi yoxdur. Əsl vətənlərini Hindistan hesab edən qaraçılar öz bayraqlarında Hindistanın bayrağının üzərində olan çarxı əks etdirməyi də unutmayıblar.

 

Beşulduz bayraq

45719087_337407730153032_5356476606464393216_n

Çin Xalq Respublikasının qırmızı rəngli bayrağında 1 böyük ulduz, 4 kiçik ulduz təsvirləri var. Böyük ulduz Kommunist Partiyasını ifadə edir. Kiçik ulduzlar isə ölkə siniflərini – kəndlilər, fəhlələr, kiçik burjuaziya və fəhlə sinfinin tabeliyində olan burjuaziyanı əks etdirir.

 

Hitlerin yaratdığı bayraq

45788022_594709484281687_917318256086220800_n

Nasist bayrağı şəxsən Hitlerin özü tərəfindən yaradıldığı bayraqdır. Mübahisəli olan bu bayrağı istifadə etmək bir sıra ölkələrdə qadağan olunub. Hitler bayraqdakı rənglər haqqında qeyd edib ki, bu rənglərdən istifadə bizim ənənəmiz və keçmişə olan hörmətimizdir ki, bütün bunlar alman millətinə böyük şərəf gətirib.

 

Gələcəkdə Ermənistanın ola biləcəyi bayraq

45663970_318497938932672_2632034028609339392_n

Bayraqlar sırasında bir bayraq da var – Ağ bayraq. Bu bayraq  beynəlxalq səviyyədə barışığın əldə edilməsi, yaxud müharibənin başa çatması və danışıqların aparılmasını xahiş etmək nişanıdır. Ağ bayraq həmçinin təslim olmaq niyyətini də bildirir, buna görə də adətən zəif hərbi tərəf bu bayraqla çıxış edərək danışıqlara başlamağı xahiş edir. Çox güman ki, güçlü Azərbaycan ordusunun qarşısında yaxın vaxtlarda bu bayraq Ermənistanın son ümid yeri olacaq.

 

Xankəndində dalğalanacaq bayraq…

45912811_267657757431439_3947219921645076480_n

Bu bayraq isə Azərbaycanın üçrəngli bayrağıdır. O, Qarabağda, Xankəndində, Şuşada dalğalanacaq. O dalğalandıqca şəhidlərimizin narahat ruhuna rahatlıq gətirəcək…

Müqəddəs bayrağımız mübarək!

 

İlham Cəmiloğlu

Karabakh.TV

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*