Saytımıza xoş gəlmisiniz

XİN: Qondarma rejimin danışıqlarda iştirak etməsi barədə Ermənistanın iddiası status-kvonu saxlamaq məqsədi daşıyır

Oxunma sayı: 65

trend_mid_azerbaijan_main

Məntiqə uyğun olmayan və tamamilə cəfəng xarakter daşıyan açıqlamaları şərh etmək çox çətindir. Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryanın son açıqlaması da bu silsiləndəndir.

Bunu Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryanın açıqlamasını şərh edən XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib:

H.Hacıyevin sözlərinə görə, hələ Ter-Petrosyanın vaxtından bu illər ərzində Azərbaycan danışıqları bilavasitə Ermənistanla aparır. Qarabağdan olub-olmamasından asılı olmayaraq Azərbaycan danışıqları Ermənistanın prezidentləri ilə aparıb:

“İşğal, təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin danışıqlarda iştirak etməsi barəsində Ermənistanın irəli sürdüyü iddia danışıqlar prosesini iflic vəziyyətinə salmaq, işğala əsaslanan status-kvonu saxlamaq və işğal olunmuş Azərbaycan ərazilərini anneksiya etmək məqsədi daşıyır”.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*