Saytımıza xoş gəlmisiniz

“XOCALI” idman klubu uğurlara imza atır – FOTO

Oxunma sayı: 259

575abbbe-f274-4234-b556-96ec811987e8

23-24 fevral tarixlərində “Sərhədçi” İdman Olimpiya Mərkəzində “Xocalıya Ədalət” devizi altında “Xocalı Kuboku 2” açıq turniri keçirilib.

Azərbaycan Kikboksinq Federasiyası və “Xocalı” idman klubunun ev sahibliyi etdiyi turnirdə yeniyetmələr, gənclər və kadetlərdən ibarət 3 yaş qrupunda 30-dan yuxarı idman klubu 330 idmançı ilə təmsil olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhid ailələri, Qarabağ qaziləri, KİV nümayəndələri və digər fəxri qonaqların iştirak etdiyi turniri “Xocalı” idman klubunun vitse-prezidenti Tural Alışanlı açıq elan edərək qonaqları və idmançıları salamlayıb, onlara uğurlar arzulayıb.

“Xocalı” idman klubunun baş məşqçisi, Xankəndi şəhəri Kərkicahan qəsəbəsindən məcburi köçkün Əli Cəfərov turnirin baş tutmasında Azərbaycan Kikboksinq Federasiyası rəhbərliyinin simasında bütün əziyyəti keçənlərə öz minnətdarlığını bildirib. Baş məşqçi yetirmələrindən yalnız və yalnız qələbə gözlədiyini vurğulayıb.

Onu da qeyd edək ki, şəhid ailələrinin, Qarabağ qazilərinin övladlarına təmənnasız olaraq məşqlər keçirən “Xocalı” idman klubu artıq bir neçə ildir ki, beynəlxalq arenalarda, mötəbər yarışlarda Azərbaycanı təmsil edir.

Karabakh.tv olaraq baş məşqçi Əli Cəfərovun simasında “Xocalı” idman klubunun bütün üzvlərinə uğurlar arzu edirik.

img_8482

img_8471

img_8479

img_8494

img_8490

img_8502

img_8586

img_8596

img_8588

img_8527

img_8565

img_8636

img_8655

img_8669

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*