Saytımıza xoş gəlmisiniz

Yaqub Eyyubovla Zakir Həsənov cəbhədən Ermənistana mesaj verdi

Oxunma sayı: 162

21m71502816392

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən baş nazirin birinci müavini Yaqub Eyyubov və müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada mövcud olan vəziyyətlə yerində tanış olmaq məqsədilə ön xətdə yerləşən bölmələrdə olub.

Bu səfərin fonunda cəmiyyətə, xarici dövlətlərə hər hansı mesaj dururmu?

Məsələ ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sdər müavini Aydın Mirzəzadə Modern.az-a açıqlama verib.

Deputat bildirib ki, baş nazirin birinci müavini Yaqub Eyyubov və müdafiə naziri Zakir Həsənovun cəbhə  xəttinə səfər etməsi Azərbaycanın Silahlı Qüvvələrinin döyüş hazırlığının gücləndirilməsi istiqamətində görülən tədbirlərdən biridir.

“Azərbaycan müharibə vəziyyətindədir. Ermənistan isə işğal etdiyi ərazilərdən çəkilmək fikrində deyil. Ona görə də problemin həlli üçün hər zaman hərb variantı daima gündəlikdədir. Ötənilki aprel hadisələri göstərdi ki, Azərbaycan bu gün düşmən ölkədən hərb sahəsində bütün parametrlərdə  üstünlüyə malikdir.

Ermənistan Azərbaycanın döyüş hazırlığından özü üçün bir nəticə çıxartmalıdır. Azərbaycan əbədi olaraq torpaqlarının işğal altında qalmasına dözməli deyil. Bu məsələ ölkə başçısının, cəmiyyətin və dövlətin daima diqqət mərkəzindədir. Biz probelmin sülh yolu ilə həll olunmasında maraqlıyıq və bunun üçün maksimum səylər göstəririk. Amma Ermənistan bilməlidir ki, Azərbaycan Silahlı Qüvvələri ən müasir silahlarla silahlanmaqla, döyüş hazırlığı yüksək olmaqla və hazırlığına dövlət tərəfindən diqqət yetirməklə hər an bu torpaqları hərb yolla azad etməyə hazırdır. Bununla belə Ermənistana yenə də şans verilir. Azərbaycanın sülh yolu ilə torpaqlarını azad etməkdə bütün fəaliyyəti şəffafdır”.

A.Mirzəzadə deyib ki Yaqub Eyyubovla Zakir Həsənovun cəbhəyə  hərbi formada səfər etməsi onu göstərir ki, hamı əsgərdir.

“Hətta Azərbaycan prezidenti İlham Əliyev də cəbhə xəttinə səfər edərkən hərbi formada olur. Dünənki səfər Silahlı Qüvvələrin döyüş hazırlığı və döyüş bölgəsinə yaxın yaşayış məntəqələrində yaşayan sakinlərin problemlərinin həlli üçün vacibdir.

Ermənistan ordusunun vaxtaşırı həmin yerləri atəşə tutması nəticəsində dağıntıların aradan qaldırılması, insanların təhlükəsizliyinin təmin edilməsi üçün əlavə tədbirlərin görülməsi məqsədi daşıyır”.

Deputat bildirib ki, bu səfər Ermənistana ciddi mesajdır.

“Bu Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün beynəlxalq hüququn verdiyi bütün imkanlardan istifadə etdiyini bir daha sübut edir”.

Karabakh.tv

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*