Saytımıza xoş gəlmisiniz

“Yeni qələbələrə doğru, irəli!” – Prezidentin müraciəti – VİDEO

Oxunma sayı: 241

“Azərbaycan xalqı mənə yenidən böyük etimad göstərib. Bu etimada görə, bu böyük dəstəyə görə, doğma xalqıma minnətdarlığımı bildirmək istəyirəm”

AzVision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev dövlət televiziyası ilə xalqa müraciətində deyib.

“Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs verib. Son 15 il ərzində görülən işlərə yüksək qiymət verib. Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq”,

Prezident vurğulayıb ki, xalq-iqtidar birliyi, bizim məqsədyönlü siyasətimiz bu gün Azərbaycanı qüdrətli dövlətə çevirib. Azərbaycanın beynəlxalq nüfuzu artır.

“Biz dünya miqyasında layiqli yer tuta bilmişik. Bu gün dünyada Azərbaycan çox böyük hörmətə, rəğbətə, dəstəyə malik olan bir ölkədir. Biz etibarlı tərəfdaşıq. Bizimlə hesablaşırlar və biz beynəlxalq aləmdə öz mövqelərimizi böyük dərəcədə gücləndirə bilmişik”.

Elvin Abdulqədirov
AzVision.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*