Saytımıza xoş gəlmisiniz

Yerevanda etirazçılar universitetə daxil olaraq tələbələri tətilə çağırırlar

Oxunma sayı: 31

yerevan_170612_2-1

Sabiq prezident Serj Sarkisyanın Baş nazir təyin edilməsinə qarşı çıxan təqribən 100 nəfər Ermənistan Dövlət Universitetinin binasına daxil olaraq tələbələri etirazlara qoşulmağa çağırıb.

Trend-in məlumatına görə, polisin hələ müdaxilə etmədiyi bildirilir.

Bundan əvvəl etirazçılar Yerevanın mərkəzi küçələrini bağlamışdılar.

Ötən gün etiraz hərəkatının lideri, “Yelk” parlament fraksiyasının rəhbəri Nikol Paşinyan bəyan edib ki, onun tərəfdarları körpüləri, yolları və metro stansiyalarını bağlamaq niyyətindədirlər.

Aprelin 14-də Ermənistanın hakim Respublika partiyası Serj Sarkisyanın Ermənistanın baş naziri postuna namizədliyini irəli sürüb. Baş nazir seçimi aprelin 17-nə gözlənilir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*