Saytımıza xoş gəlmisiniz

Yerevanda Koçaryanın həbsdən azad olunmasına etiraz edirlər

Oxunma sayı: 57

armenia_protest_230713_1

Yerevanda sabiq prezident Robert Koçaryanın həbsdən azad olunmasına etiraz edirlər.

Trend-in məlumatına görə, bir müddət əvvəl həbsdən azad edilmiş keçmiş dövlət başçısının mətbuat konfransı zamanı etiraz aksiyası keçirilib.

Bir qrup şəxs mətbuat konfransının təşkil edildiyi zala daxil olmağa çalışıb. Onlar R.Koçaryanın ünvanına “Qatil” şüarı səsləndiriblər.

Xatırladaq ki, Ermənistan Xüsusi İstintaq Xidməti iyulun 26-da R.Koçaryana qarşı Konstitusiya quruluşunun devrilməsində iştiraka dair ittiham irəli sürmüş, bir gün sonra isə o, 2 ay müddətinə həbs edilmişdi.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*