Saytımıza xoş gəlmisiniz

“Yerkrapah” hərbi təşkilatında ciddi dəyişiklilər ediləcək

Oxunma sayı: 60

2019/03/11936-1551946945.jpg

“Yerkrapah” hərbi təşkilatının sədrliyinə namizəd deputat Sasun Mikaelyan təşkilatın sədrliyinə nə zaman seçkilərin keçirələcəyinə aydınlıq gətirib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Mikaelyan hələlik müzakirələr getdiyinə görə, seçki tarixinin vaxtının məlum olmadığını bildirib.

O, ciddi təşkilati struktur dəyişikliklərinin aparılması ilə bağlı müzakirələr edildiyini vurğulayıb.

“Əvvəllər “Yerkrapah”da qərarları təşkilat sədri qəbul edirdisə, indi bu qərarların şura tərəfindən qəbul edilməsi nəzərdən keçirilir”, – deyə Mikaelyan qeyd edib.

Xatırladaq ki, “Yerkrapah” təşkilatının idarə heyəti 184 nəfərdən ibarətdir. Hazırda bu sayın 184-dən xeyli azaldılaraq 25 nəfərə endirilməsi müzakirə edilir. Şura heyəti isə 7-10 nəfərdən ibarət olacaq.

Alpər Mövludoğlu 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*