Saytımıza xoş gəlmisiniz

Zatulin Qarabağla bağlı təxribatçı bəyanatlarından əl çəkmir

Oxunma sayı: 153

2019/03/45645-1551947786.jpg

Rusiya Fedrasiyası Dövlət Dumasının MDB məsələsləri üzrə komissiyası sədrinin birinci müavini Konstantin Zatulin, Moskvada keçirilən erməni-rus “Lazaryan klubu”nun iclasının sonunda Qarabağ münaqişəsinin nizamlanmasına dair təxribatçı açıqlamalar verib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Zatulinin Qarabağ münaqişəsinin keçmiş postsovet məkanında mövcud digər münaqişələrlə müqayisədə daha asan həll etməyin mümkünlüyünü qondarma qurumun tanınmasında görüb.

“Biz hərbi proqramlar tərtib etmirik, kiminsə qalib olması üçün çağırışlar etmirik, lakin heç kim Errmənistanın taleyini Dağlıq Qarabağdan ayıra bilməz. Biz “Lazaryan klubu”nun fəaliyyətindən Dağlıq Qarabağdan olan həmkarlarımızı uzaqlaşdırmayacağıq. Bu yolverilməzdir. Mən şəxsən bu münaqişənin tezliklə həllinə tərəfdaram. Qarabağın (qondarma qurum-red.) müstəqilliyini bundan sonra silmək mümkün deyil. Qalan məsələləri isə müzakirə etmək olar”, – deyə Zatulin sarsaqlayıb.

O, vəziyyətin mümkün həllinə Bakı tərəfindən qondarma qurumun tanınması müqabilində, döyüş əməliyyatları zamanı işğal edilmiş ətraf rayonların Azərbaycana qaytarılması ilə nail olunacağına əmin olduğunu vurğulayıb.

Qeyd edək ki, Konstantin Zatulin dəfələrlə münaqişənin həllinə dair yanaşmalarını, beynəlxalq hüquq normaları çərçivəsi xaricində, rəsmi İrəvandan sifariş xarakterli açıqlamaları ilə göstərib. “Lazaryan klubu”nun iclasları isə artıq bu kimi təxribatçı bəyanatların verilməsində açıq platformaya çevrilib.

Alpər Mövludoğlu

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*