Saytımıza xoş gəlmisiniz

Zaxarova: Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində müsbət dinamikaya fəal kömək edəcək

Oxunma sayı: 287

mariya_zaxarova_240316

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiyanın xarici işlər naziri Sergey Lavrovun regiona səfəri zamanı əsas mövzulardan biridir.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu onunla bağlıdır ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Azərbaycan və Ermənistan üçün əsas mövzudur, Rusiya isə danışıqlar prosesinin vasitəçilərindən biridir.

M.Zaxarova, həmçinin tərəflər arasında fəal dialoqun olduğunu təsdiq edib:

“Əlbəttə, dialoq var. Müəyyən sənədlərin qəbulundan və baş tutmuş söhbətlərdən sonra aydındır ki, dialoq var və aparılır. Biz Rusiya tərəfi kimi həmsədr qismində əsas məqsədin əldə olunmasına yönəlmiş müsbət dinamikaya fəal kömək göstərəcəyik”.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*