Saytımıza xoş gəlmisiniz

Ziyafət Əsgərov: Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində əldə edilən uğurların miqyasını daha da genişləndirir

Oxunma sayı: 95

trend_ziyafet_askarov_241212

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildə qəbul edilən Konstitusiya Azərbaycanda hüquqi və demokratik cəmiyyət quruculuğunun əsasını qoydu.

Trend-in məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin Ulu Öndərin anadan olmasının 95 illik yubileyinə həsr olunan xüsusi iclasında çıxışı zaman deyib.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan hüquqi islahatlardan söz açan Z.Əsgərov bu il aprelin 11-də keçirilən prezident seçkilərinin nəticələrinin Azərbaycan xalqının Heydər Əliyev siyasətinin davamına və inkişafa səs verdiyini göstərdiyini söyləyib.

Z.Əsgərov onu da vurğulayıb ki, bu gün Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində əldə edilən uğurların miqyasını daha da genişləndirir: “İqtisadi inkişaf üçün hüquqi baza və islahatlar əlverişli biznes mühiti yaradır. Demokratik sistemin aliliyini təmin edən ölkələr daha sürətli inkişafa nail olur. İqtisadi inkişafı hüquqi islahatlarla birlikdə həyata keçirən, bir-birini tamamlayan yanaşma ortaya qoyduqda həmin ölkələrdə iqtisadi inkişaf və vətəndaş rifahı dayanıqlı olur”.

O qeyd edib ki, dövlət başçısı İlham Əliyev prezident seçildikdən sonra əldə edilən iqtisadi uğurlar beynəlxalq qiymətləndirmələrlə təsdiq edilib: “Yoxsulluq səviyyəsinin azaldılması, təhsil və səhiyyə islahatları əhəmiyyətli dərəcədə yaxşılaşdırılır. Bu inkişafı şərtləndirən amillər Prezident İlham Əliyevin islahatlar konsepsiyasının tərkib hissəsi olub. 2003-cü ildən başlayaraq Azərbaycanda iqtisadi inkişafı gücləndirəcək məhkəmə inzibati idarəçilik və kadr islahatları həyata keçirilir. Prezident İlham Əliyevin hakimiyyəti illərində məhkəmə sistemi daha da təkmilləşdirildi. İqtisadi fəaliyyətin subyektləri ilə cəmiyyətin sosial rifahı bir-biri ilə ziddiyyət təşkil etməsə də, onu qorumaq heç də asan deyil”.

Z.Əsgərovun sözlərinə görə, Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyev tərəfindən ordu quruculuğunda həyata keçirilən tədbirlər bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Bu gün yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan Ordusu regionun ən güclü ordusu olmaqla xalqımıza özünəəminlik hissi verir. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın inkişaf edən, demokratikləşən və yeniləşən ölkəsinə çevrilib, beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirir. Bir sıra siyasi dairələr və onların maraqlarına xidmət edən təşkilatlar, antimilli ünsürlər tərəfindən aparılan qara piara baxmayaraq, Azərbaycan tam müstəqil siyasət yeridən ölkə olduğunu nümayiş etdirir”.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*