Saytımıza xoş gəlmisiniz

Zoya Tadevosyan: “Dağlıq Qarabağ erməni torpağı deyil”

Oxunma sayı: 593

38411919_2136249123315450_1300640294798098432_n

Karabakh.tv xəbər verir ki, Erməni milli konqresinin nümayəndəsi Zoya Tadevosyan keçirdiyi son mətbuat konfransında yerli ictimaiyyət tərəfindən maraqla qarşılanan bəyanatla çıxış edib və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli barədə ətraflı danışıb.

Bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli zəbt olunmuş Azərbaycan torpaqlarını müharibəsiz  geri qaytarmaqdan keçir:

“Bu torpaqlar əsl həqiqətdə Ermənistana məxsus deyil!”

Xatırladaq ki, son vaxtlar Ermənistanda, xüsusilə, sosial şəbəkələrdə bir sıra siyasi xadimlər, politoloqlar,  o cümlədən sadə şəbəkə nümayəndələri tərəfindən səsləndirilən eyni məzmunlu bəyanatların sayı günbəgün artır. Bütün bunlar isə xaricdə yaşayan havadarlarının dili ilə danışmağa adət edən, mafiyalaşmış erməni iqtidarını ciddi narahat edir.

Məsələn, general-leytenant Arşavir Qaramyan baş verənləri “təhlükəli hadisələr” adlandırıb.

Lakin bütün bunlara baxmayaraq, hadisələrin gedişi göstərir ki, axının qarşısını almaq mümkün olmayacaq. Çünki sadə erməni xalqı üçün müharibə – Qarabağ probleminin həlli istiqamətində ehtimal olunan ən pis seçim kimi dəyərləndirilir.

İbrahim Rüstəmli / Karabakh.tv

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*