Saytımıza xoş gəlmisiniz

ADU-da ilk dərslər Xocalı soyqırımına həsr olunub

Oxunma sayı: 328

adu_xocali_anim_260219_04

Fevralın 26-da Azərbaycan Dillər Universitetində (ADU) ilk dərslər Xocalı soyqırımına həsr olunub.

ADU-dan Trend-ə verilən məlumata görə, dərslər Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Ali təhsil müəssisəsində birinci və ikinci növbənin ilk dərslərində müəllimlər Xocalı sakinlərinə qarşı erməni silahlı birləşmələrinin və sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə törədilən faciənin dəhşətləri haqqında məlumat veriblər, torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda mübarizəyə səsləyiblər.

Dərslərdə Xocalı soyqırımı ilə bağlı videoçarxlar nümayiş olunub, tələbələrin iştirakı ilə müzakirələr aparılıb.

Qeyd edək ki, universitetdə Xocalı faciəsinə həsr olunan silsilə tədbirlər keçirilib.

Xocalı faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar universitet kollektivi “Ana harayı” abidə kompleksini ziyarət edirlər.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*