Saytımıza xoş gəlmisiniz

Vyanada Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib

Oxunma sayı: 615

atet_-_%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%8f1499111783

ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi, bolqarıstanlı deputat Kristian Viqenin Azərbaycan və Ermənistanın yüksək vəzifəli diplomatik nümayəndələri, ATƏT-in Avstriya sədrliyi, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsində vasitəçilik edən ATƏT-in Minsk Qrupu həmsədrləri, eləcə də ATƏT katibliyi ilə görüş keçirib.  APA xəbər verir ki, K.Viqenin Cənubi Qafqaz regionunda proseslər, eləcə də Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar cəhdləri ilə bağlı bir sıra görüşlərdə iştirak etmək məqsədi ilə Vyanaya səfər edib.

O, bütün görüşlərində razılaşdırılmış danışıqlar formatının davam etdirilməsinin vacibliyini və siyasi iradəyə yardım məqsədilə parlamentarlar arası dialoqun potensialını vurğulayıb.

“Regiondakı münaqişələr yüksək və dözülməz insan bahasına başa gəlməkdə davam edir. Mən ATƏT Parlament Assambleyasından olan həmkarlarımla öz siyasi təsirimizi rəsmi cəhdlərdə və əsaslı, davamlı sülhün təmin edilməsində necə istifadə edə biləcəyimizi müzakirə etmək  niyyətindəyəm,” xüsusi nümayəndə K.Viqenin belə deyib.

ATƏT Parlament Assambleyasının təxminən 300 parlamentarisini əhatə edən əsas illik görüşü bu həftə Minsk şəhərində başlayır.

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*